Menyu

"Çəkib-bükücü, qablaşdırıcı maşınların maşinisti" peşəsi üzrə əməyin mühafizəsi və təhlükəsizlik texnikası

Kateqoriya: SƏTƏM Müddət: 2 gün Format: Əyani Təlim dili: Azərbaycan

Kimlər üçündür?

“Çəkib - bükücü, qablaşdırıcı maşınların maşinisti” peşəsində çalışan işçi heyət

Niyə bu təlim?

Təlimin məqsədi SOCAR-ın müxtəlif istehsalat sahələrində çalışan çəkib-bükücü və qablaşdırıcı maşınların maşinistlərinə müasir konstruktiv quruluşa malik, yüksək məhsuldarlığı ilə seçilən maşınların işləmə xüsusiyyətləri, texniki xarakteristikaları, təhlükəsiz istismar qaydaları, onlara göstərilən texniki xidmət və təmir texnologiyaları haqqında ətraflı və sistemli biliklər vermək, eyni zamanda əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə biliklərini artıraraq onların maariflənməsini və istehsalat prosesində təhlükəsiz, səmərəli fəaliyyət göstərmələrini təmin etməkdən ibarətdir.

Sertifikatlaşdırma

Xəzər Təlim və Sertifikatlaşdırma Mərkəzi

Təşkilata faydalası

Bu təlim kursunun həyata keçirilməsi nəticəsində təşkilatda istehsalat proseslərinin təhlükəsizliyi və səmərəliliyi əhəmiyyətli dərəcədə artır, çəkib-bükücü və qablaşdırıcı maşınların düzgün və fasiləsiz istismarı təmin olunur, avadanlıqların nasazlıq və dayanma halları minimuma endirilir. İşçilərin əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə biliklərinin yüksəldilməsi istehsalat qəzalarının və bədbəxt hadisələrin qarşısının alınmasına, risklərin azaldılmasına və sağlam iş mühitinin formalaşmasına şərait yaradır. Bununla yanaşı, texniki xidmət və təmir işlərinin düzgün təşkili resurslardan səmərəli istifadəyə, xərclərin optimallaşdırılmasına və istehsalın davamlılığının təmin olunmasına xidmət edir

İştirakçı üçün yaratdığı dəyər

Bu təlim kursu iştirakçılara çəkib-bükücü və qablaşdırıcı maşınların quruluşu, işləmə prinsipləri və təhlükəsiz istismar qaydaları üzrə dərin və praktik biliklər qazandırır, onların peşəkar bacarıqlarını və məsuliyyət səviyyəsini artırır. İştirakçılar avadanlıqlarla düzgün və təhlükəsiz işləmə, nasazlıqların vaxtında aşkar edilməsi və ilkin aradan qaldırılması, texniki xidmət və təmir proseslərində düzgün yanaşmaların tətbiqi üzrə vərdişlər əldə edirlər. Eyni zamanda, əməyin mühafizəsi və təhlükəsizlik texnikası sahəsində biliklərinin inkişafı onların iş prosesində riskləri düzgün qiymətləndirməsinə, qəza hallarının qarşısını almaq bacarığının formalaşmasına və daha təhlükəsiz iş mühitində fəaliyyət göstərməsinə şərait yaradır.

Təlim Proqramı (Günlər Üzrə)

1. Çəkmə, bükmə və qablaşdırma maşınlarının maşinistinin əməyin mühafizəsi qaydalarına uyğun olaraq iş yerinin təşkili
2. Çəkib-bükücü, qablaşdırıcı maşınların təhlükəsiz istismar qaydaları
3. Çəkib-bükücü, qablaşdırıcı maşınlarında quraşdırılan təhlükəsizlik qurğuları və cihazları
4. Çəkmə, bükmə və qablaşdırma işlərinin yerinə yetirilməsində bunker və nəqledicidə texnoloji prosesin yerinə yetirilməsi zamanı qabaqlayıcı təhlükəsizlik tədbirlərinin görülməsi
5. Çəkmə, bükmə və qablaşdırma işlərində zəhərli və aşındırıcı maddələrlə işləyərkən təhlükəsizlik tədbirləri
6. Çəkmə, bükmə və qablaşdırma işləri ilə bağlı təhlükələr, risklər və nəzarət tədbirləri
7. Çəkmə, bükmə və qablaşdırma işləri zamanı baş verən bədbəxt hadisələr və peşə xəstəlikləri haqqında məlumat 
8. Çəkmə, bükmə və qablaşdırma işləri zamanı zəruri olan fərdi mühafizə vasitələri və düzgün istifadə qaydaları
9. Yanğından mühafizə və fövqəladə hallar zamanı davranış qaydaları
10. Təhlükəli enerji növləri barədə məlumat, mexaniki enerji ilə təhlükəsiz iş üsulları və elektrik təhlükəsizliyi qaydaları
11. Xəsarətlər zamanı İlk yardım, istehsalat sanitariyası və gigiyenası
12. Ətraf mühitin mühafizəsi
13. Biliklərin qiymətləndirilməsi