Müraciət qeydə alındı
Müraciətiniz uğurla göndərildi.
Kimlər üçündür?
- “Borudüzən kran maşinisti” peşəsində çalışan işçi heyət
Niyə bu təlim?
“Borudüzən kran maşinisti” peşəsi üzrə əməyin mühafizəsi və təhlükəsizlik texnikası maarifləndirmə kursunun məqsədi SOCAR-ın müxtəlif istehsalat sahələrində çalışan borudüzən kran maşinistlərinə müasir texnologiyalar əsasında hazırlanmış borudüzən kranların istismar qaydaları, konstruktiv quruluşu, işləmə xüsusiyyətləri və texniki xarakteristikaları barədə biliklərin aşılanması, onlara göstərilən texniki xidmətlərin öyrədilməsi, boruların ilməklənmə və takelaj işlərinin düzgün və ardıcıl yerinə yetirilməsi, həmçinin borudüzən kran vasitəsilə yükləmə-boşaltma əməliyyatlarının təhlükəsiz icra qaydalarının mənimsədilməsi yolu ilə iştirakçıların əməyin mühafizəsi və təhlükəsizlik texnikası sahəsində maarifləndirilməsini təmin etmək, işçi heyətin bilik və bacarıqlarını artırmaqla istehsalat prosesində baş verə biləcək qəzaların minimuma endirilməsinə nail olmaq və SOCAR-ın əsas korporativ dəyərlərindən biri olan təhlükəsizlik prinsipinin nəzəri və praktiki əsaslarını möhkəmləndirməkdən ibarətdir.
Sertifikatlaşdırma
Xəzər Təlim və Sertifikatlaşdırma Mərkəzi
Təlim necə keçirilir?
Təşkilata faydalası
Bu təlim kursunun təşkilata faydası ondan ibarətdir ki, borudüzən kran maşinistlərinin əməyin mühafizəsi və təhlükəsizlik texnikası sahəsində bilik və bacarıqları artırılaraq yükləmə-boşaltma və takelaj əməliyyatları zamanı baş verə biləcək qəzaların və istehsalat xəsarətlərinin sayı minimuma endirilir. Nəticədə iş proseslərinin daha təhlükəsiz və səmərəli təşkili təmin olunur, avadanlıqların düzgün istismarı sayəsində texniki nasazlıqların və qəza dayanma hallarının qarşısı alınır, kranların istismar müddəti uzadılır. Təlim həmçinin əməliyyatların keyfiyyətini və sürətini artırır, iş vaxtı itkilərini azaldır.
İştirakçı üçün yaratdığı dəyər
İştirakçılar kranın quruluşunu, işləmə prinsiplərini, texniki xidmət qaydalarını, həmçinin boruların ilməklənməsi və takelaj işlərinin düzgün və təhlükəsiz icra üsullarını mənimsəyirlər. Nəticədə onlar iş prosesində riskləri düzgün qiymətləndirməyi, təhlükəli halların qarşısını almağı və fövqəladə vəziyyətlərdə operativ və düzgün qərar verməyi öyrənirlər.
Təlim Proqramı (Günlər Üzrə)
1. Yerli qaydalar və beynəlxalq standartlar, SOCAR-ın Bizi Qoruyan Qaydaları
2. Borudüzən kranların təhlükəsiz istismar qaydaları
3. Boruların ilməklənməsi, yerinin dəyişdirilməsi, daşınması və düzülməsi işləri ilə bağlı təhlükə və risklər, təhlükəsizlik tələbləri
4. Borudüzən kranlarda istifadə olunan yüktutucu vasitələrin sazlığının müəyyən edilməsi qaydaları
5. Borudüzən kran vasitəsi ilə boruların düzülməsi zamanı yaranan təhlükələr, risklər və nəzarət tədbirləri
6. Borudüzən kran vasitəsi ilə boruların düzülməsi zamanı baş verən bədbəxt hadisələrin səbəbləri, öyrənilmiş dərslər və peşə xəstəlikləri haqqında məlumat
7. İşlə bağlı Fərdi mühafizə vasitələri və düzgün istifadə qaydaları
8. Yanğından mühafizə qaydaları
9. Təhlükəli enerji növləri barədə məlumat, mexaniki enerji ilə təhlükəsiz iş üsulları və elektrik təhlükəsizliyi qaydaları
10. Dəniz təhlükəsizliyi
11. Xəsarətlər zamanı İlk yardım, istehsalat sanitariyası və gigiyenası
12. Ətraf mühitin mühafizəsi
13. Biliklərin qiymətləndirilməsi