Müraciət qeydə alındı
Müraciətiniz uğurla göndərildi.
Kimlər üçündür?
- “Sementləmə aqreqatı maşinisti və motorçusu” peşəsində çalışan işçi heyət
Niyə bu təlim?
Təlimin məqsədi SOCAR-ın müxtəlif istehsalat sahələrində çalışan sementləmə aqreqatı maşinisti və motorçularına müasir texnika və texnologiyalar əsasında hazırlanmış avadanlıqların təhlükəsiz istismar qaydalarını, işləmə xüsusiyyətlərini və əməyin mühafizəsi tələblərini öyrətməklə onların bilik və bacarıqlarını artırmaq, istehsalat prosesində baş verə biləcək qəzaların minimuma endirilməsinə nail olmaq, həmçinin təhlükəsizlik prinsiplərinin nəzəri əsaslarını möhkəmləndirərək təşkilatda davamlı təhlükəsizlik mədəniyyətinin formalaşdırılmasını təmin etməkdir.
Sertifikatlaşdırma
Xəzər Təlim və Sertifikatlaşdırma Mərkəzi
Təlim necə keçirilir?
Təşkilata faydalası
Bu təlim kursunun təşkilata faydası istehsalat proseslərində təhlükəsizlik səviyyəsinin yüksəldilməsi, qəzaların və istehsalat xəsarətlərinin minimuma endirilməsi, avadanlıqların düzgün və səmərəli istismarının təmin olunması, işçi heyətin peşəkarlıq səviyyəsinin artırılması, beynəlxalq və korporativ təhlükəsizlik standartlarına uyğunluğun gücləndirilməsi, eləcə də əməliyyatların fasiləsiz və dayanıqlı şəkildə həyata keçirilməsi nəticəsində təşkilatın ümumi səmərəliliyinin və nüfuzunun artırılmasından ibarətdir.
İştirakçı üçün yaratdığı dəyər
Bu təlim kursu iştirakçılar üçün sementləmə aqreqatlarının təhlükəsiz istismarı, işləmə prinsipləri və əməyin mühafizəsi qaydaları üzrə bilik və bacarıqların artırılmasını təmin edir, onların istehsalat sahəsində daha məsuliyyətli, diqqətli və peşəkar fəaliyyət göstərməsinə şərait yaradır, riskləri düzgün qiymətləndirmək və qəza hallarında operativ və düzgün qərar vermək qabiliyyətlərini inkişaf etdirir, eyni zamanda fərdi təhlükəsizlik vərdişlərinin formalaşmasına və peşəkar inkişaf imkanlarının genişlənməsinə töhfə verir.
Təlim Proqramı (Günlər Üzrə)
1. Sementləyici aqreqatların istismarı zamanı baş verən bədbəxt hadisələr və peşə xəstəlikləri haqqında məlumat
2. Sementləyici aqreqatların istismarı zamanı formalaşan təhlükələr və risklər
3. Quyuların möhkəmləndirilməsində və əsaslı təmir işlərində sementləmə prosesi üçün meydançada aqreqatın yerləşdirilməsi və təhlükəsiz istismar qaydaları
4. Sement qarışığının hazırlanması və vurulması zamanı təhlükəsizlik tədbirləri
5. Yoxlama - sınaq işlərinin aparılması zamanı əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydaları
6. Kimyəvi reagentlərin quyuya vurulması zamanı əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydaları
7. Sementləmə aqreqatlarına göstərilən texniki xidmət zamanı təhlükəsizlik texnikası qaydaları
8. Yanğın təhlükəsizliyi qaydaları
9. Təhlükəli enerji növləri barədə məlumat, mexaniki enerji ilə təhlükəsiz iş üsulları və elektrik təhlükəsizliyi qaydaları
10. Dəniz təhlükəsizliyi
11. İlk tibbi yardım, istehsalat sanitariyası və gigiyenası
12. Ətraf mühitin mühafizəsi
13. Biliklərin qiymətləndirilməsi