Menyu

“Qeyri-destruktiv müayinə - Ultrasəs müayinə metodu (səviyyə 2)”

Kateqoriya: Qaynaq və inspeksiya Müddət: 6 gün Format: Əyani Təlim dili: Azərbaycan

Kimlər üçündür?

  • NDT (Qeyri-destruktiv müayinə) sahəsində çalışan operatorlar, mütəxəssislər, texniki işçilər və rəhbərlər

Niyə bu təlim?

Təlimin məqsədi bu sahəsində fəaliyyət göstərən mütəxəssislərə Ultrasəs müayinə metodu (Səviyyə II) üzrə nəzəri biliklərin və praktiki bacarıqların təkmilləşdirilməsini təmin etmək, ultrasəs dalğalarının fiziki prinsiplərini, onların materiallarda yayılma xüsusiyyətlərini, defektlərin aşkar olunması və xarakterizə edilməsi üsullarını öyrətməkdən ibarətdir.
Kurs çərçivəsində iştirakçılara müxtəlif prob tiplərindən istifadə, kalibrasiya proseslərinin düzgün aparılması, səs dalğalarının əks olunması və sınması prinsiplərinin tətbiqi, qaynaq birləşmələri və digər sənaye materiallarında qüsurların aşkar edilməsi və qiymətləndirilməsi bacarıqları aşılanır.
Eyni zamanda, beynəlxalq standart və normativ tələblərə uyğun olaraq ultrasəs müayinələrinin planlaşdırılması, icrası və nəticələrin düzgün interpretasiyası üzrə peşəkar yanaşmanın formalaşdırılması, həmçinin əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət etməklə etibarlı və dəqiq yoxlamaların aparılması kursun əsas məqsədlərindəndir.

Sertifikatlaşdırma

Xəzər Təlim və Sertifikatlaşdırma Mərkəzi

Təlim necə keçirilir?

Nəzəri hissə
Praktiki tapşırıqlar

Təşkilata faydalası

Bu ixtisasartırma kursu təşkilatda  ultrasəs müayinə metodunun tətbiqinin keyfiyyətini artırmaqla istehsalat proseslərində istifadə olunan avadanlıq və konstruksiyaların texniki vəziyyətinin daha dəqiq və operativ qiymətləndirilməsini təmin edir. Səviyyə II üzrə hazırlıqlı mütəxəssislərin olması nəticəsində daxili qüsurların erkən mərhələdə aşkar edilməsi mümkün olur ki, bu da qəza risklərinin azalmasına, avadanlıqların istismar müddətinin uzadılmasına və planlaşdırılmamış dayanma hallarının minimuma endirilməsinə səbəb olur.
Eyni zamanda, ultrasəs müayinə metodunun tətbiqi ilə yoxlamaların operativliyi və effektivliyi artır, istehsalat proseslərinə minimum müdaxilə ilə nəzarət həyata keçirilir, bu da məhsuldarlığın yüksəlməsinə və əməliyyat xərclərinin azalmasına müsbət təsir göstərir. Kurs nəticəsində müəssisədə beynəlxalq standartlara uyğun keyfiyyətə nəzarət sistemi güclənir, audit və inspeksiya prosesləri daha səmərəli təşkil olunur və ümumi sənaye təhlükəsizliyi səviyyəsi yüksəlir.

İştirakçı üçün yaratdığı dəyər

Bu ixtisasartırma kursu iştirakçılara  Ultrasəs müayinə metodu (Səviyyə II) üzrə dərin nəzəri biliklər və praktik bacarıqlar qazandıraraq onların peşəkar səviyyəsini əhəmiyyətli dərəcədə yüksəldir. İştirakçılar ultrasəs dalğalarının yayılma prinsiplərini, müxtəlif prob və skan metodlarından istifadəni, kalibrasiya proseslərini və defektlərin aşkarlanması, ölçülməsi və xarakterizə edilməsi üsullarını mənimsəyirlər.
Kurs iştirakçılara əldə olunan siqnalların düzgün interpretasiyası, qəbul kriteriyalarına uyğun qiymətləndirmə aparmaq və nəticələri beynəlxalq standartlara uyğun sənədləşdirmək bacarıqları qazandırır. Bununla yanaşı, analitik düşünmə, dəqiq ölçmə və məsuliyyətli qərarvermə qabiliyyətləri inkişaf edir.