Menyu

"MS Excel proqramı" (yuxarı səviyyə)

Kateqoriya: İnformasiya Texnologiyaları (İT) bacarıqları Müddət: 6 gün Format: Əyani Təlim dili: Azərbaycan

Kimlər üçündür?

  • Rəhbər heyət
  • Mühəndislər
  • Texniki işçilər

Niyə bu təlim?

Təlimin məqsədi SOCAR-ın müxtəlif istehsalat sahələrində fəaliyyət göstərən mühəndis və mütəxəssislərə “MS Excel proqramı”nın yuxarı səviyyə imkanlarını (məlumatların analizi, mürəkkəb funksiyalar və düsturların tətbiqi, verilənlər bazası ilə işləmə, hesabatların və qrafiklərin hazırlanması, avtomatlaşdırma alətlərindən istifadə və s.) müasir yanaşmalar əsasında tədris etməklə onların analitik düşünmə qabiliyyətlərini inkişaf etdirmək, qərar qəbuletmə prosesində rəqəmsal alətlərdən səmərəli istifadə bacarıqlarını artırmaq və iş proseslərinin optimallaşdırılmasına töhfə verməkdən ibarətdir.

Sertifikatlaşdırma

Xəzər Təlim və Sertifikatlaşdırma Mərkəzi

Təlim necə keçirilir?

Nəzəri hissə
Praktiki tapşırıqlar

Təşkilata faydalası

Bu təlim kursunun keçirilməsi nəticəsində təşkilatda məlumatların emalı və təhlili prosesləri daha sürətli və dəqiq həyata keçiriləcək, hesabatların hazırlanma keyfiyyəti yüksələcək və insan faktorundan qaynaqlanan səhvlərin minimuma endirilməsi təmin olunacaq. İş proseslərində avtomatlaşdırma imkanlarının geniş tətbiqi əməliyyat səmərəliliyini artıracaq, vaxt itkisini azaldacaq və resurslardan daha optimal istifadə olunmasına şərait yaradacaq. Eyni zamanda, əməkdaşların analitik bacarıqlarının inkişafı idarəetmə qərarlarının daha əsaslandırılmış şəkildə qəbul edilməsinə, ümumi məhsuldarlığın yüksəlməsinə və təşkilatın rəqabət qabiliyyətinin gücləndirilməsinə müsbət təsir göstərəcək.

İştirakçı üçün yaratdığı dəyər

Bu təlim kursu iştirakçılara “MS Excel proqramı”nın yuxarı səviyyə funksiyalarından effektiv istifadə etməyi öyrədərək onların məlumatların təhlili, emalı və vizuallaşdırılması üzrə bilik və bacarıqlarını əhəmiyyətli dərəcədə artırır. İştirakçılar mürəkkəb düsturların tətbiqi, Pivot cədvəllərin qurulması, avtomatlaşdırma alətlərindən istifadə və böyük həcmli məlumatların idarə olunması sahəsində praktiki vərdişlər əldə edirlər. Bu isə onların gündəlik iş fəaliyyətində daha sürətli, dəqiq və məhsuldar işləməsinə, peşəkar inkişafına və karyera imkanlarının genişlənməsinə müsbət təsir göstərir.

Təlim Proqramı (Günlər Üzrə)

Dərs 1 : Şablonların yaradılması və tətbiqi
Dərs 2 : Qrafiklərin yaradılması və dəyişdirilməsi
Dərs 3 : Qrafik obyektlərlə işləmək
Dərs 4 : Mükəmməlləşdirilmiş düsturlarla (formullarla) hesablama
Dərs 5 : Məlumatların çeşidlənməsi və süzgəcdən keçirilməsi
Dərs 6 : Web ilə Exceldən istifadə
Dərs 7: File-ların qorunması. İş dəftərinin paylaşılması

Biliklərin yoxlanılması