Müraciət qeydə alındı
Müraciətiniz uğurla göndərildi.
Kimlər üçündür?
- Gəmi kapitanı
- Komandir
- Sıravi heyət üzvləri və qeyri dənizçilər
Niyə bu təlim?
“Gəmidə ilk tibbi yardım” təlimi gəmidə baş verə biləcək fövqəladə hallarda heyət və sərnişinlərə operativ və effektiv ilkin tibbi yardım göstərmək, dəniz şəraitində sağlamlıq risklərini minimuma endirmək və iştirakçıların tibbi müdaxilə bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyır. Təlim çərçivəsində iştirakçılar yaralanma, qanaxma və müxtəlif travmalar zamanı ilkin tibbi yardım göstərməyi, gəmidə mövcud olan tibbi avadanlıqlar və ilk yardım çantasından düzgün istifadə etməyi öyrənir, həmçinin kritik vəziyyətlərdə operativ və düzgün qərarvermə bacarıqları formalaşdırılır. Bununla yanaşı, zərərçəkənlərin təhlükəsiz daşınması və təxliyəsi prosedurları mənimsədilir və iştirakçıların hazırlıq səviyyəsi STCW Convention və SOLAS Convention tələblərinə uyğun şəkildə inkişaf etdirilir.
Sertifikatlaşdırma
CTCC və RİNN DDLA
Təlim necə keçirilir?
Təşkilata faydalası
“Gəmidə ilk tibbi yardım” təlimi təşkilat üçün təhlükəsizlik və əməliyyat dayanıqlılığı baxımından əhəmiyyətli faydalar yaradır. Bu təlim nəticəsində heyətin tibbi hazırlıq səviyyəsi yüksəlir və gəmidə baş verə biləcək qəza və fövqəladə hallarda ilkin tibbi müdaxilənin vaxtında və düzgün həyata keçirilməsi təmin olunur. Bu isə zədələrin ağırlaşmasının qarşısını alır, insan həyatının qorunmasına və insidentlərin təsirinin minimuma endirilməsinə kömək edir.
Təlim keçmiş personalın mövcud tibbi resurslardan düzgün istifadə etməsi, kritik vəziyyətlərdə operativ qərar verməsi və koordinasiyalı şəkildə fəaliyyət göstərməsi nəticəsində əməliyyatların fasiləsizliyi və təhlükəsizlik səviyyəsi artır. Bununla yanaşı, təşkilatın fəaliyyəti STCW Convention və SOLAS Convention tələblərinə uyğunlaşır, bu da audit və yoxlamalarda müsbət nəticələrin əldə olunmasına və beynəlxalq standartlara uyğunluğun təmin edilməsinə şərait yaradır.
İştirakçı üçün yaratdığı dəyər
Təlim nəticəsində iştirakçı yaralanma, qanaxma və müxtəlif travmalar zamanı operativ və düzgün ilkin tibbi yardım göstərməyi, mövcud tibbi avadanlıqlardan və ilk yardım çantasından effektiv istifadə etməyi öyrənir.
İştirakçı kritik vəziyyətlərdə düzgün qərarvermə və sürətli reaksiya bacarıqları qazanır, zərərçəkənlərin təhlükəsiz daşınması və təxliyəsi prosedurlarını mənimsəyir. Bu bilik və bacarıqlar onun həm öz təhlükəsizliyini, həm də digər heyət üzvlərinin və sərnişinlərin təhlükəsizliyini təmin etməsinə imkan yaradır.
Təlim Proqramı (Günlər Üzrə)
1. Təxirəsalınmaz tibbi yardım
2. İlk tibbi yardım dəsti
3. Bədənin strukturu və funksiyası
4. Gəmidə toksikoloji təhlükə
5. Xəstənin/Zərərçəkənin müayinəsi
6. Onurğa zədələri
7. Yanıqlar, qaynar mayelər ilə yanıqlar, isti və soyuğun təsirləri
8. Sınıqlar, çıxıqlar və əzələ zədələnmələri
9. Xilas edilmiş şəxslərin tibbi baxımı, hipotermiya və soyuqdan təsirlənmə
10. Radio tibbi məsləhət
11. Əczaçılıq (farmakologiya)
12. Mikrobsuzlaşdırma (sterilizasiya)
13. Ürək dayanması, suda boğulma və asfiksiya
14. Psixoloji və psixiatrik problemlər
15. Təhlil və qiymətləndirmə