Müraciət qeydə alındı
Müraciətiniz uğurla göndərildi.
Kimlər üçündür?
- Gəmi kapitanı
- Baş koməkçi
- Kapitanın növbə köməkçisi və qeyri dənizçilər
Niyə bu təlim?
“Gəmidə tibbi nəzarət” təlimi gəmidə heyət və sərnişinlərin sağlamlıq vəziyyətinin düzgün qiymətləndirilməsi, xəstəlik və travmaların erkən mərhələdə aşkarlanması, həmçinin tibbi vəziyyətlərin effektiv idarə olunması üzrə bilik və bacarıqların inkişaf etdirilməsi məqsədi daşıyır. Təlim çərçivəsində iştirakçılar həyati göstəricilərin (nəbz, arterial təzyiq, bədən temperaturu və s.) monitorinqini aparmağı, tibbi riskləri düzgün qiymətləndirməyi və idarə etməyi öyrənir. Bununla yanaşı, zəruri hallarda uzaqdan tibbi məsləhət (telemedical assistance) vasitəsilə tibbi yardımın koordinasiyası və idarə olunması bacarıqları formalaşdırılır və iştirakçıların hazırlıq səviyyəsi STCW Convention tələblərinə uyğun şəkildə inkişaf etdirilir.
Sertifikatlaşdırma
CTCC və RİNN DDLA
Təlim necə keçirilir?
Təşkilata faydalası
Bu təlim nəticəsində heyətin tibbi bilik və bacarıqları artır, gəmidə baş verə biləcək xəstəlik və travmaların erkən mərhələdə aşkar olunması və düzgün idarə olunması təmin edilir. Bu isə sağlamlıqla bağlı risklərin azaldılmasına və vəziyyətlərin ağırlaşmasının qarşısının alınmasına kömək edir.
Təlim keçmiş personal həyati göstəriciləri izləmək, tibbi vəziyyətləri düzgün qiymətləndirmək və zəruri hallarda operativ qərarlar qəbul etmək bacarığına malik olur. Bu da fövqəladə hallarda daha effektiv və koordinasiyalı fəaliyyət göstərilməsinə, həmçinin tibbi müdaxilənin vaxtında həyata keçirilməsinə imkan yaradır.
İştirakçı üçün yaratdığı dəyər
Təlim nəticəsində iştirakçı heyət və sərnişinlərin sağlamlıq vəziyyətini operativ şəkildə qiymətləndirməyi, xəstəlik və travmaları erkən mərhələdə aşkar etməyi və müvafiq ilkin tibbi tədbirləri həyata keçirməyi öyrənir.
İştirakçı həyati göstəricilərin (nəbz, arterial təzyiq, temperatur və s.) monitorinqini aparmaq, tibbi riskləri düzgün qiymətləndirmək və kritik vəziyyətlərdə əsaslandırılmış qərarlar qəbul etmək bacarığı qazanır. Bununla yanaşı, uzaqdan tibbi məsləhət (telemedical assistance) vasitəsilə tibbi yardımın düzgün koordinasiyası və idarə olunması üzrə praktiki biliklər əldə edir.
Təlim Proqramı (Günlər Üzrə)
1. İlkin tibbi yardım
2. Zərərçəkənə qulluq
3. Tibbi nəzarətin əsasları
4. Xəstəliklər
5. Alkoqullu içkilərdən, narkotik və psixotrop maddələrdən hədsiz istifadə
6. Stomotoloji yardım
7. Ginekologiya və hamiləlik
8. Xilas edilmiş şəxslərə tibbi yardım, sıxıntı, hipotermiya və soyuğa məruz qalma
9. Dənizdə ölüm
10. Gəmidə gigiyenik nəzarət
11. Xəstəliklərin profilaktikası
12. Xəstənin tibbi müayinə nəticələrinin qeydiyyatının aparılması
13. Dərman və tibbi avadanlıq
14. Cərrahi avadanlıq, alətlər və ləvazimatlar
15. Xarici yardım
16. Qiymətləndirmə