Menyu

"Yüklərin əllə idarə olunması"

Kateqoriya: SƏTƏM Müddət: 1 gün Format: Əyani Təlim dili: Azərbaycan

Kimlər üçündür?

  • Kurs əmək fəaliyyətlərinin başlıca elementini yüklərin əllə daşınması təşkil edən personal üçün nəzərdə tutulmuşdur. 

Niyə bu təlim?

Təlimin məqsədi istehsalat sahələrində əllə yüklərin idarə olunması zamanı yarana biləcək xəsarət risklərinin qarşısını almaq üçün dinləyicilərə düzgün qaldırma, daşıma və yerləşdirmə üsulları üzrə zəruri bilik və praktiki bacarıqların aşılanması, onların öz təhlükəsizliyini və ətrafdakı şəxslərin təhlükəsizliyini təmin etmə vərdişlərinin formalaşdırılması, eləcə də SOCAR-ın əsas korporativ dəyəri olan təhlükəsizlik prinsipinin nəzəri və praktiki əsaslarının möhkəmləndirilməsindən ibarətdir.

Sertifikatlaşdırma

Xəzər Təlim və Sertifikatlaşdırma Mərkəzi

Təlim necə keçirilir?

Nəzəri hissə
Praktiki tapşırıqlar

Təşkilata faydalası

Bu təlimin təşkili nəticəsində təşkilatda əllə yüklərin idarə olunması zamanı təhlükəsizlik qaydalarına riayət səviyyəsi yüksəlir, işçilər arasında düzgün qaldırma və daşıma vərdişlərinin formalaşması təmin olunur, istehsalat proseslərində baş verə biləcək xəsarət və travmaların sayı azalır, əmək qabiliyyətinin itirilməsi halları və işdən qalma müddətləri minimuma endirilir, ümumi əməyin mühafizəsi göstəriciləri yaxşılaşır, iş məhsuldarlığı artır.

İştirakçı üçün yaratdığı dəyər

Bu təlim iştirakçılara yüklərin əllə düzgün qaldırılması, daşınması və yerləşdirilməsi üzrə praktiki bilik və bacarıqlar qazandırır, onları düzgün tətbiq etməklə bel, onurğa və əzələ zədələrinin qarşısını almağa kömək edir, iş zamanı təhlükəsiz davranış vərdişlərini formalaşdırır, riskləri əvvəlcədən qiymətləndirmək və özünü qorumaq bacarığını inkişaf etdirir, gündəlik iş fəaliyyətində daha səmərəli və təhlükəsiz işləməyə imkan yaradır, eyni zamanda şəxsi sağlamlığın qorunmasına kömək edir. 

Təlim Proqramı (Günlər Üzrə)

1. Əlaqədar qanunvericiliyin xülasəsi / Məsuliyyət və öhdəliklər
2. Yüklərin əllə idarə olunması zamanı yarana biləcək xəsarətlər / Əl əməliyyatları üçün tədbirlər iyerarxiyası
3. Yüklərin əllə idarə olunmasının qiymətləndirilməsi 
4. Yüklərin əllə idarə olunması zamanı xəsarət riskinin azaldılması / Düzgün yükqaldırma texnikaları 
5. Yüklərin əllə idarə olunmasında istifadə edilən yükdaşıyan avadanlıqların növləri / Bu avadanlıqlarla bağlı təhlükələr və qarşısını alma tədbirləri
Dinləyicilərin iştirakı ilə praktiki tapşırıqlar:
6. Yüklərin əllə idarə olunması işindən yaranan risklərin dəyərləndirilməsi
7. Əllə yükqaldırma və daşıma texnikasının nümayişi
8. Yükün mexaniki vasitə ilə daşınması