Menyu

Occupational health and safety for “Compressor operator” profession

Kateqoriya: SƏTƏM Müddət: 3 gün Format: Əyani Təlim dili: Azərbaycan

Kimlər üçündür?

  • “Kompressor qurğusunun maşinisti” peşəsində çalışan işçi heyət

Niyə bu təlim?

Təlimin məqsədi SOCAR-ın müxtəlif istehsalat sahələrində çalışan kompressor qurğusunun maşinistlərinə müasir kompressorların konstruktiv quruluşu, işləmə və istismar xüsusiyyətləri, təmir texnologiyaları, texniki xidmət növləri və onların təhlükəsiz yerinə yetirilməsi barədə geniş biliklər vermək, eyni zamanda onların peşəkar bilik və bacarıqlarını artıraraq iş prosesində baş verə biləcək qəzaların minimuma endirilməsinə nail olmaq və təşkilatda təhlükəsizlik mədəniyyətinin, o cümlədən SOCAR-ın əsas korporativ dəyərlərindən olan “Təhlükəsizlik” prinsipinin nəzəri əsaslarının möhkəmləndirilməsini təmin etməkdir.

Sertifikatlaşdırma

Xəzər Təlim və Sertifikatlaşdırma Mərkəzi

Təlim necə keçirilir?

Nəzəri hissə
Praktiki tapşırıqlar

Təşkilata faydalası

Bu təlim kursunun keçirilməsi nəticəsində kompressor qurğularının istismarı zamanı əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət səviyyəsi yüksəlir, qəza, nasazlıq və istehsalat xəsarətləri riski əhəmiyyətli dərəcədə azalır. İşçi heyətin bilik və bacarıqlarının artırılması avadanlıqların daha düzgün və səmərəli istismarına, texniki xidmət və təmir işlərinin keyfiyyətli icrasına şərait yaradır. Nəticədə istehsalat prosesində fasilələr minimuma enir, avadanlıqların istismar müddəti uzanır, hüquqi və maliyyə riskləri azalır, həmçinin təşkilatda təhlükəsizlik mədəniyyəti güclənərək ümumi iş səmərəliliyi və nüfuz yüksəlir.

İştirakçı üçün yaratdığı dəyər

Bu təlim kursu iştirakçılara kompressor qurğularının quruluşu, işləmə prinsipləri, istismar xüsusiyyətləri və texniki xidmət qaydaları üzrə praktiki və nəzəri biliklər qazandırır. İştirakçılar təhlükəsiz iş üsullarını tətbiq etməyi, mümkün riskləri vaxtında müəyyən edib qarşısını almağı, avadanlıqlarla düzgün işləməyi və nasazlıqlara operativ reaksiya verməyi öyrənirlər.

Təlim Proqramı (Günlər Üzrə)

1. Kompressor maşinistinin iş yerinin əməyin mühafizəsi qaydalarına uyğun təşkili
2. Kompressor qurğularında istifadə olunan təhlükəsizlik avadanlıqları
3. Kompressor qurğularında istifadə olunan nəzarət - ölçü cihazlarının və armaturların təhlükəsiz istismar qaydaları
4. Kompressor qurğularında səs, vibrasiya və temperaturun yaratdığı peşə riskləri və onlara qarşı mühafizə tədbirləri
5. Kompressor qurğularında baş verən bədbəxt hadisələr və peşə xəstəlikləri haqqında məlumat / Kompressor maşinistinin fərdi mühafizə vasitələri
6. Qəza hallarında kompressor qurğularının dayandırılma və işə salınma  qaydaları
7. Yanğın təhlükəsizliyi qaydaları
8. Təhlükəli enerji növləri barədə məlumat, mexaniki enerji ilə təhlükəsiz iş üsulları və elektrik təhlükəsizliyi qaydaları
9. Dəniz təhlükəsizliyi
10. İlk tibbi yardım, istehsalat sanitariyası və gigiyenası
11. Ətraf mühitin mühafizəsi
12. Biliklərin qiymətləndirilməsi