Menyu

RT 578, RT 580 tipli çox parametrli proseslərə nəzarət stendi

Kateqoriya: NÖC və Avtomatika Müddət: 3 gün Format: Əyani Təlim dili: Azərbaycan

Kimlər üçündür?

  • Müxtəlif istehsalat sahələrində fəaliyyət göstərən nəzarət-ölçü cihazları və avtomatika üzrə mütəxəssislər

Niyə bu təlim?

Təlimin məqsədi SOCAR-ın müxtəlif istehsalat sahələrində fəaliyyət göstərən nəzarət-ölçü cihazları və avtomatika üzrə mütəxəssislərə RT 578 və RT 580 tipli çox parametrli proseslərə nəzarət stendlərinin quruluşu, işləmə prinsipləri, sazlanması və istismar qaydalarını müasir yanaşmalar əsasında tədris etməklə onların texnoloji proseslərə nəzarət, ölçmə və tənzimləmə sistemlərinin idarə olunması üzrə bilik və praktiki bacarıqlarını inkişaf etdirmək, istehsalat proseslərinin sabitliyinin, dəqiqliyinin və təhlükəsizliyinin təmin olunmasına töhfə verməkdən ibarətdir.

Sertifikatlaşdırma

Xəzər Təlim və Sertifikatlaşdırma Mərkəzi

Təlim necə keçirilir?

Nəzəri hissə
Praktiki tapşırıqlar

Təşkilata faydalası

Bu təlim kursunun keçirilməsi nəticəsində təşkilatda texnoloji proseslərə nəzarət və idarəetmə daha dəqiq və effektiv şəkildə həyata keçiriləcək, ölçmə və tənzimləmə sistemlərinin etibarlılığı artırılacaqdır. RT 578 və RT 580 tipli çox parametrli stendlərin düzgün sazlanması və istismarı sayəsində istehsalat proseslərində sabitlik təmin olunacaq, nasazlıqların vaxtında aşkarlanması və aradan qaldırılması mümkün olacaqdır. Bu isə istehsalatın fasiləsizliyinin qorunmasına, qəza risklərinin azalmasına və ümumi təhlükəsizlik səviyyəsinin yüksəlməsinə müsbət təsir göstərəcəkdir. Eyni zamanda, avtomatlaşdırma səviyyəsinin artırılması və insan faktorundan asılılığın azaldılması əməliyyat səmərəliliyinin yüksəlməsinə, resurslardan daha optimal istifadə olunmasına və təşkilatın ümumi məhsuldarlığının artmasına şərait yaradacaqdır.

İştirakçı üçün yaratdığı dəyər

Bu təlim kursu iştirakçılara RT 578 və RT 580 tipli çox parametrli proseslərə nəzarət stendləri ilə işləmək üzrə dərin nəzəri biliklər və praktiki bacarıqlar qazandırır. İştirakçılar temperatur, təzyiq, səviyyə kimi əsas texnoloji parametrlərin ölçülməsi və tənzimlənməsi, konturların yığılması və sazlanması, həmçinin kaskad idarəetmə sistemlərinin qurulması sahəsində praktiki vərdişlər əldə edirlər. Bu biliklər onların istehsalat proseslərini daha dəqiq idarə etməsinə, nasazlıqları operativ şəkildə diaqnostika və aradan qaldırmasına, təhlükəsiz və səmərəli iş fəaliyyətini təmin etməsinə imkan yaradır.

Təlim Proqramı (Günlər Üzrə)

1. RT578 və RT580 tipli stendlər haqqında məlumat
2. RT578 və RT580 tipli stendlərin quruluşu və tərkib hıssələri
3. RT578 və RT580 tipli stendlərin əsas xüsusiyyətləri
4. RT578 tipli stenddə temperatur konturunun yığılması və temperatura nəzarət sistemi
5. RT578 tipli stenddə təzyiq konturunun yığılması və təzyiqə nəzarət sistemi
6. RT578 tipli stenddə səviyyə konturunun yığılması və səviyyəyə nəzarət sistemi
7. RT578 tipli stenddə sərf konturunun yığılması və sərfə nəzarət sistemi
8. RT580 tipli stenddə temperatur konturunun yığılması və temperatura nəzarət sistemi
9. RT580 tipli stenddə sərf konturunun yığılması və sərfə nəzarət sistemi
10. RT580 tipli stenddə temperaturun-sərfə kaskad konturunun yığılması və sərfə nəzarət sistemi
11. RT580 tipli stenddə səviyyənin-sərfə kaskad konturunun yığılması və sərfə nəzarət sistemi
12. Biliklərin yoxlanılması