Menyu

“Təhlükələrin müəyyən edilməsi və tapşırıq ilə əlaqədar risklərin qiymətləndirilməsi fasilitatoru”

Kateqoriya: SƏTƏM Müddət: 2 gün Format: Əyani Təlim dili: Azərbaycan

Kimlər üçündür?

  • Risklərin qiymətləndirilməsi fasilitatoru rolu olan şəxslər, supervayzerlər,  qrup liderləri, SƏTƏM personalı, mühəndis və mühəndis - texniki işçilər (təmir, qulluq, əməliyyat və s.)

Niyə bu təlim?

Təlimin məqsədi iş yerlərində və İşin İcrasına İcazə  prosesi çərçivəsində təhlükələrin müəyyən edilməsi üzrə qabaqcıl metodların, həmçinin keyfiyyət və kəmiyyət alətləri vasitəsilə risklərin qiymətləndirilməsi və prioritetləşdirilməsi yanaşmalarının dinləyicilərə aşılanması, bu prosesin praktik vərdiş halına gətirilməsi, komanda əsaslı və effektiv risk qiymətləndirmə bacarıqlarının formalaşdırılması, eləcə də SOCAR-ın əsas korporativ dəyəri olan təhlükəsizlik prinsipinə uyğun olaraq proaktiv təhlükəsizlik mədəniyyətinin və davamlı təkmilləşdirmə yanaşmasının inkişaf etdirilməsindən ibarətdir.

Sertifikatlaşdırma

Xəzər Təlim və Sertifikatlaşdırma Mərkəzi

Təlim necə keçirilir?

Nəzəri hissə
Praktiki tapşırıqlar

Təşkilata faydalası

Bu təlimin təşkili nəticəsində təşkilatda təhlükələrin vaxtında və sistemli şəkildə müəyyən edilməsi, risklərin düzgün qiymətləndirilməsi və prioritetləşdirilməsi təmin olunur, İşin İcrasına İcazə proseslərinin effektivliyi artır, istehsalat proseslərində baş verə biləcək qəza və insidentlərin qarşısının alınmasına kömək edir, əməyin mühafizəsi və təhlükəsizlik göstəriciləri yaxşılaşır, qərarvermə prosesləri daha əsaslandırılmış və strukturlaşdırılmış şəkildə həyata keçirilir, eyni zamanda SOCAR-ın korporativ təhlükəsizlik mədəniyyətinin gücləndirilməsi və davamlı təkmilləşdirmə prinsiplərinin tətbiqi təmin olunur.

İştirakçı üçün yaratdığı dəyər

Bu təlim iştirakçılara iş yerlərində təhlükələri sistemli və effektiv şəkildə müəyyən etmək, riskləri keyfiyyət və kəmiyyət metodları ilə qiymətləndirmək və prioritetləşdirmək bacarıqları qazandırır, İşin İcrasına İcazə prosesi çərçivəsində təhlükəsiz qərarvermə vərdişlərini formalaşdırır, komanda əsaslı risk qiymətləndirmələrində fəal iştirak etmək və fasilitator kimi prosesi idarə etmək səriştəsini inkişaf etdirir, real istehsalat şəraitində risklərin azaldılmasına yönəlmiş praktiki yanaşmalar tətbiq etməyə imkan yaradır.

Təlim Proqramı (Günlər Üzrə)

Modul 1. Təhlükələrin Müəyyənləşdirilməsinə Giriş
Modul 2. Hüquqi və Təşkilati Tələblər
Modul 3. Təhlükələrin müəyyən edilməsi üsulları
Modul 4. Risk qiymətləndirmə prosesi və metodları
Modul 5. Risklərə Nəzarət və Azaldılması
Modul 6. TM və RQ Müzakirəsi 
Fasilitatorluq: Seçilmiş dinləyicilər öncəki modullarda aparılmış risk qiymətləndirmə prosesinin yekununa öz qruplarında fasilitatorluq edəcəklər.
Biliklərin yoxlanılması