Müraciət qeydə alındı
Müraciətiniz uğurla göndərildi.
Kimlər üçündür?
- Müxtəlif istehsalat sahələrində fəaliyyət göstərən mühəndis-geoloqlar
Niyə bu təlim?
“Mühəndis-geoloji işlər” maarifləndirmə kursunun əsas məqsədi SOCAR-ın müxtəlif istehsalat sahələrində fəaliyyət göstərən mühəndis-geoloqları neft, qaz və qazkondensat yataqlarının geoloji quruluşu, işlənmə xüsusiyyətləri və müasir tədqiqat üsulları üzrə sistemli biliklərlə təmin etmək, quyuların və layların tədqiqi, geoloji məlumatların toplanması və təhlili, struktur xəritələrin və geoloji kəsilişlərin hazırlanması sahəsində onların peşə bacarıqlarını inkişaf etdirməkdən ibarətdir. Eyni zamanda kurs çərçivəsində açıq təzahürlərin (fontan, qaz-neft çıxışları və s.) yaranma səbəbləri və onların qarşısının alınması üsulları, mühəndis-geoloji işlərdə təhlükəsizlik qaydaları və əməyin mühafizəsi tələbləri üzrə biliklərin artırılması təmin edilərək iştirakçıların istehsalatda təhlükəsiz, səmərəli və düzgün qərarvermə qabiliyyətinin formalaşdırılması hədəflənir.
Sertifikatlaşdırma
Xəzər Təlim və Sertifikatlaşdırma Mərkəzi
Təlim necə keçirilir?
Təşkilata faydalası
Bu maarifləndirmə kursunun təşkili nəticəsində SOCAR-ın istehsalat sahələrində mühəndis-geoloji işlərin daha səmərəli və elmi əsaslarla aparılması təmin olunur, geoloji məlumatların düzgün toplanması, təhlili və tətbiqi sayəsində qərarvermə proseslərinin keyfiyyəti yüksəlir. Kursu bitirmiş mütəxəssislərin bilik və bacarıqlarının artırılması quyuların qazılması və təmiri zamanı risklərin azaldılmasına, açıq təzahürlərin və qəza hallarının qarşısının alınmasına, həmçinin əməyin mühafizəsi və sənaye təhlükəsizliyi tələblərinə daha ciddi riayət olunmasına şərait yaradır. Bununla yanaşı, layların işlənmə səmərəliliyinin artırılması, neft-qaz hasilatında itkilərin minimuma endirilməsi və resurslardan daha optimal istifadə olunması təmin edilir ki, bu da ümumilikdə müəssisənin istehsalat göstəricilərinin və iqtisadi effektivliyinin yüksəlməsinə müsbət təsir göstərir.
İştirakçı üçün yaratdığı dəyər
Bu kurs iştirakçılara mühəndis-geoloji işlər sahəsində müasir nəzəri biliklər və praktiki yanaşmalar qazandıraraq onların peşə kompetensiyalarını əhəmiyyətli dərəcədə inkişaf etdirir. Dinləyicilər neft, qaz və qazkondensat yataqlarının geoloji xüsusiyyətlərini daha dərindən anlamaq, quyuların və layların tədqiqi üsullarını tətbiq etmək, geoloji məlumatları düzgün təhlil edərək əsaslandırılmış qərarlar qəbul etmək bacarığı əldə edirlər. Eyni zamanda struktur xəritələrin və geoloji kəsilişlərin hazırlanması, müasir proqram təminatlarından istifadə, lay təzyiqi və rejimlərinin qiymətləndirilməsi kimi sahələrdə praktiki biliklər formalaşır. Kurs iştirakçıların açıq təzahürlərin qarşısının alınması, risklərin düzgün qiymətləndirilməsi və təhlükəsiz iş mühitinin təmin edilməsi istiqamətində biliklərini artıraraq onların istehsalatda daha məsuliyyətli, çevik və effektiv fəaliyyət göstərməsinə imkan yaradır, həmçinin karyera inkişafına və peşəkar rəqabət qabiliyyətinin yüksəlməsinə töhfə verir.
Təlim Proqramı (Günlər Üzrə)
1. Geologiya haqqında ümumi məlumat
2. Geoloji texniki tapşırıq və geofiziki tədqiqat işləri ilə tanışlıq
3. Qırılmalar, pozulmalar və süxurların yatım formaları
4. Zaman və dərinlik kəsilişləri
5. Lay təzyiqi və temparaturu haqqında məlumat
6. Mühəndisi-geoloji tədqiqat işləri
7. Kompleks geoloji planalma (Sonar və fasiləsiz seysmoakustik profilləmə)
8. Mühəndis-geoloji axtarış işləri
9. Mühəndis-geoloji kəşfiyyat işləri
10. Quyuların və layların tədqiqi
11. AutoCad proqramı ilə geoloji kəsilişlərin və profillərin qurulması
12. Struktur xəritənin tərtib edilmə qaydaları
13. Axtarış kəşfiyyat quyularından kern götürülməsi qaydaları
14. Çöl və laborotoriyada süxurların fiziki-mexaniki xüsusiyyətlərinin təyini
15. Əməyin mühafizəsi üzrə qanunvericilik
16. Bədbəxt hadisələr və peşə xəstəlikləri haqqında məlumat
17. Açıq təzahürlərə qarşı mübarizə
18. İlk tibbi yardım, istehsalat sanitariyası və gigiyenası
19. Dəniz təhlükəsizliyi
20. Biliklərin yoxlanılması