Müraciət qeydə alındı
Müraciətiniz uğurla göndərildi.
Kimlər üçündür?
- Kurs tibbi yardım briqadası gələnə qədər zərərçəkmişi həyatda saxlamağın zəruri olduğu şəraitdə müvafiq yardımın göstərilməsi üçün səfərbər edilə biləcək işçi heyəti üçün nəzərdə tutulmuşdur.
Niyə bu təlim?
Təlimin məqsədi SOCAR və digər sifarişçi müəssisələrin müxtəlif istehsalat sahələrində çalışan işçilərə iş yerlərində baş verə biləcək bədbəxt hadisələr, xəsarətlər, ürək tutmaları, yad cisimlə və ya suda boğulmalar və digər fövqəladə hallarda ilk yardımın düzgün göstərilməsi qaydalarını öyrətmək, onların bu sahədə nəzəri bilik və praktiki bacarıqlarını artırmaq, ilkin müdaxilə zamanı düzgün qərarvermə və operativ davranış vərdişlərini formalaşdırmaq, əldə olunan bilik və bacarıqlar vasitəsilə ağırlaşmaların və ölüm hallarının minimuma endirilməsinə nail olmaqdan ibarətdir.
Sertifikatlaşdırma
Xəzər Təlim və Sertifikatlaşdırma Mərkəzi
Təlim necə keçirilir?
Təşkilata faydalası
Bu təlimin təşkili nəticəsində müəssisədə ilk yardım üzrə hazırlıq səviyyəsi yüksəlir, iş yerlərində baş verə biləcək bədbəxt hadisələr zamanı operativ və düzgün ilkin müdaxilənin təmin olunması ilə ağır nəticələrin qarşısı alınır, əməkdaşların sağlamlığı və həyatının qorunması gücləndirilir, iş qabiliyyətinin bərpası sürətlənir və istehsalat itkiləri minimuma endirilir. Eyni zamanda, əməyin mühafizəsi və sənaye təhlükəsizliyi sahəsində ümumi mədəniyyət inkişaf edir, müəssisənin təhlükəsizlik göstəriciləri artır.
İştirakçı üçün yaratdığı dəyər
Bu təlim iştirakçılara ilk yardım sahəsində zəruri nəzəri biliklər və praktiki bacarıqlar qazandırır, onların fövqəladə hallarda vəziyyəti düzgün qiymətləndirmək və operativ qərar vermək qabiliyyətini inkişaf etdirir, müxtəlif xəsarət və tibbi hallarda (ürək tutması, boğulma və s.) düzgün və vaxtında ilkin müdaxilə etmə vərdişlərini formalaşdırır, özünə və ətrafdakılara yardım göstərmək bacarığını artırır və ümumilikdə təhlükəsizlik mədəniyyətinə uyğun davranışların möhkəmlənməsinə töhfə verərək peşəkar fəaliyyətlərində daha məsuliyyətli və effektiv olmalarını təmin edir.
Təlim Proqramı (Günlər Üzrə)
1. İlk yardım anlayış / Hadisə yerinin qiymətləndirilməsi / Təhlükəsizliyin təminatı
2. Xəsarət almış və ya huşsuz şəxsə yanaşma ardıcıllığı, vəziyyətinin qiymətləndirilməsi və uyğun ilk yardım taktikasının seçilməsi / Şokun idarə edilməsi
3. Ürək-ağciyər reanimasiyası / defibrilyator və onun isitifadə qaydaları
4. Qanaxmalar, sınıqlar, çıxıqlar, toxuma zədələnmələri, yanıqlar və müxtəlif növ travmalar zamanı ilk yardım
5. Zəhərlənmələr, həşərat sancmaları və heyvan dişləməsi zamanı ilk yardım
6. İstilik, gün və elektrik vurması zamanı ilk yardım / suda boğulma zamanı ilk yardım
7. Odlu və soyuq silah yaralanmaları zamanı ilk yardım / Nəfəs yoluna yad cisim düşən zaman ilk yardım
Dinləyicilərin iştirakı ilə praktiki tapşırıqlar:
8. Huşsuz vəziyyətdə uzanmış şəxsə yanaşma ardıcıllığı
9. Ürək-ağciyər reanimasiyası və defibrilyatordan istifadə
10. Sıxacın, şinanın və sarğıların qoyulması
11. Yad cismin çıxarılmasının nümayişi (Haimlik manevri)
12. Biliklərin yoxlanılması