Menyu

“Partlayışdan mühafizəli avadanlıqlar”

Kateqoriya: SƏTƏM Müddət: 2 gün Format: Əyani Təlim dili: Azərbaycan

Kimlər üçündür?

  • Elektrik, NÖC və avtomatika sahəsində çalışan personal 

Niyə bu təlim?

Təlimin məqsədi müxtəlif istehsalat sahələrində çalışan işçilərə təhlükəsizlik texnikasının və elektrik təhlükəsizliyinin mühüm tərkib hissəsi olan partlayışdan mühafizəli avadanlıqlar haqqında zəruri nəzəri və praktiki biliklərin verilməsidir. Təlim çərçivəsində elektrik, NÖC və avtomatika sahələrində fəaliyyət göstərən işçi heyətin bilik və bacarıqları artırılaraq istehsalat proseslərində baş verə biləcək qəza hallarının minimuma endirilməsi təmin edilir. Eyni zamanda, SOCAR qrupunun əsas korporativ dəyərlərindən biri olan təhlükəsizlik prinsipinin nəzəri əsasları möhkəmləndirilir və işçilərin təhlükəsiz fəaliyyət vərdişləri inkişaf etdirilir.

Sertifikatlaşdırma

Xəzər Təlim və Sertifikatlaşdırma Mərkəzi

Təlim necə keçirilir?

Nəzəri hissə
Praktiki tapşırıqlar

Təşkilata faydalası

Bu təlim kursunun tətbiqi nəticəsində istehsalat sahələrində partlayış riskləri ilə bağlı təhlükəsizlik səviyyəsi yüksəlir, partlayışdan mühafizəli avadanlıqların düzgün seçilməsi, quraşdırılması və istismarı təmin olunur. Nəticədə qəza və fövqəladə halların başvermə ehtimalı azalır, insan resurslarının və maddi aktivlərin qorunması güclənir. Eyni zamanda, beynəlxalq standartlara və normativ tələblərə uyğunluq təmin edilir, hüquqi və maliyyə riskləri minimuma endirilir, istehsalatın fasiləsizliyi və təşkilatın ümumi təhlükəsizlik mədəniyyəti daha da möhkəmlənir.

İştirakçı üçün yaratdığı dəyər

Bu təlim kursu iştirakçıların partlayışdan mühafizəli avadanlıqlar sahəsində nəzəri və praktiki biliklərini artırır, təhlükəli zonaları tanıma və riskləri düzgün qiymətləndirmə bacarıqlarını inkişaf etdirir. Onlar bu tip avadanlıqların düzgün seçilməsi, istismarı və texniki təhlükəsizlik qaydalarına uyğun istifadəsi üzrə zəruri vərdişlərə yiyələnirlər. Eyni zamanda, fövqəladə hallarda düzgün qərarvermə və operativ reaksiya qabiliyyəti formalaşır, nəticədə iştirakçıların iş fəaliyyəti daha təhlükəsiz, səmərəli və məsuliyyətli olur.

Təlim Proqramı (Günlər Üzrə)

1. Direktivlər və standartlar haqqında məlumat
2. Qurğu və avadanlığın yerləşdirilməsi, texniki xidmət və təmir işlərinin aparılması
3. Partlayışdan mühafizəli avadanlıqların işarələnməsi / Avadanlığın markalanması və seçilməsi
4. Təhlükəli zonalar 
5. Tətbiq edilmə sahəsinə görə avadanlıq qrupları
6. Partlayışın qarşısının alınmasına yönəldilən partlayışdan mühafizə üsulları
7. Partlayışdan mühafizənin növü və prinsipi
8. Partlayış təhlükəli qarışıqlar / Qaz partlayışının təhlükəsi (APH (LEL), YPH (UEL) və alovlanma enerjisi, alışma temperaturu, qaz qrupları və etalon qazlar, alovlanma mənbələri)
9. IP mühafizə dərəcəsi
10. Temperatur klassifikasiyası (T-klass) / Təhlükəsiz iş nümunələri
11. Biliklərin qiymətləndirilməsi