Menyu

“İngilis dili” (yuxarı səviyyə)

Kateqoriya: Davranış-idarəetmə və yumşaq bacarıqlar Müddət: 12 gün Format: Əyani Təlim dili: İngilis

Kimlər üçündür?

  • Mühəndis-texniki personalı üçün təlimlər

Niyə bu təlim?

Təkmilləşdirmə kursunun əsas məqsədi iştirakçıların ingilis dili üzrə mövcud biliklərini daha yüksək səviyyəyə çatdırmaq, onların qrammatik biliklərini sistemləşdirmək və genişləndirmək, danışıq, dinləmə, oxu və yazı bacarıqlarını inkişaf etdirməkdir. Kurs çərçivəsində dinləyicilərə gündəlik və peşəkar mühitdə ingilis dilindən sərbəst və düzgün istifadə etmək, müxtəlif mövzular üzrə fikirlərini aydın və məntiqli şəkildə ifadə etmək, rəsmi və qeyri-rəsmi yazışmaları düzgün qurmaq, eləcə də beynəlxalq kommunikasiya bacarıqlarını artırmaq istiqamətində nəzəri bilik və praktik vərdişlər aşılanır.

Sertifikatlaşdırma

Xəzər Təlim və Sertifikatlaşdırma Mərkəzi

Təlim necə keçirilir?

Nəzəri hissə
Praktiki tapşırıqlar

Təşkilata faydalası

Bu təlim kursu təşkilatda çalışan əməkdaşların ingilis dili biliklərinin inkişaf etdirilməsi vasitəsilə beynəlxalq əməkdaşlıq imkanlarının genişlənməsinə, xarici tərəfdaşlarla effektiv ünsiyyətin qurulmasına və işgüzar yazışmaların daha peşəkar səviyyədə aparılmasına şərait yaradır. İşçilərin dil bacarıqlarının artırılması nəticəsində beynəlxalq layihələrdə iştirak səviyyəsi yüksəlir, xarici təlim və məlumat resurslarından istifadə imkanları genişlənir və ümumi iş səmərəliliyi artır.

İştirakçı üçün yaratdığı dəyər

Bu təlim kursu iştirakçıların ingilis dili üzrə bilik və bacarıqlarını əhəmiyyətli dərəcədə inkişaf etdirərək onların gündəlik və peşəkar mühitdə dili daha sərbəst və düzgün istifadə etmələrinə imkan yaradır. Kurs nəticəsində dinləyicilər qrammatik biliklərini möhkəmləndirir, danışıq və dinləmə bacarıqlarını təkmilləşdirir, müxtəlif mövzular üzrə fikirlərini aydın və inamlı şəkildə ifadə etməyi öyrənirlər. Eyni zamanda, rəsmi və qeyri-rəsmi yazışmaların aparılması, təqdimatların hazırlanması və beynəlxalq mühitdə ünsiyyət qurma bacarıqları formalaşır.

Təlim Proqramı (Günlər Üzrə)

1. Feilin indiki sadə və indiki davamedici zaman formaları. Mətnlər üzərində iş.
2. İş ilə bağlı feili birləşmələr. Praktik tapşırıqlar.
3. Gələcək zamanın ifadə formaları. “Will / To be going to”.
4. Mətnlər üzərində iş.
5. Feilin keçmiş sadə zaman forması. “Used to” ifadəsi. Praktik tapşırıqlar.
6. Mətnlər üzərində iş. 
7. Feilin keçmiş davamedici zaman forması. Praktik çalışmalar.          
8. “Any longer”, “Any more” və “Still” ifadə formalarının cümlələrdə işlənməsi. Mətnlər üzərində iş. 
9. Feilin indiki bitmiş zaman forması. Feilin keçmiş sadə və indiki bitmiş zaman formalarının müqayisəsi. Keçmiş sadə və bitmiş zaman formaları ilə işlənən söz və ifadələr.
10. Feilin indiki bitmiş davamedici zaman forması. For/since–in işlənmə yeri. Praktik tapşırıqlar.
11. Qeyri-müəyyənlik və müəyyənlik artiklları. Artiklın işlənmədiyi hallar.
12. “It takes…” ifadəsi. Londonda ictimai nəqliyyat. “İctimai nəqliyyat” mövzusunda söhbət.  
13. Sifətin dərəcələri. Müqayisə edərkən işlənən söz və ifadələr.  
14. Şəxsi keyfiyyətləri ifadə edən sifətlər. “-ed və -ing” sonluqları ilə bitən sifətlər. 
Qayıdış əvəzlikləri.
15. “Many, much, a lot of, (a) few, (a) little” qeyri-müəyyən əvəzlikləri. Praktik tapşırıqlar.
16. Feilin keçmiş bitmiş zaman forması. Feilin keçmiş zaman formalarının təkrarı. Praktik çalışmalar.
17. “Must”, “Have to” və “Should” modal feilləri. Məcburiyyət və qadağa bildirən sözlər.
18. “Can”, “Could”, “Be able to” modal feilləri. Bacarıq və mümkünlük bildirən sözlər.
19. Təyin budaq cümlələri (Defining and non-defining relative clauses). Praktik tapşırıqlar.
20. Ayırıcı suallar. Praktik tapşırıqlar.
21. Real şərt budaq cümlələri (First conditional).
22. Təhsil haqqında söhbət. Praktik tapşırıqlar. 
23. Qeyri-real şərt budaq cümlələri (Second conditional). 
24. Praktik tapşırıqlar.
25. Qeyri-real şərt budaq cümlələri (Third conditional).
26. Praktik tapşırıqlar.
27. Cerund və məsdərin işlənməsi.
28. Feillərdən və sifətlərdən sonra sözönülərin işlənməsi.
29. Feilin məchul növü. Məchul növün zamanlara görə dəyişməsi.
30. Praktik tapşırıqlar. “Make, let, allow” fellərinin işlənməsi. 
31. Sifət və zərflərin düzəldilməsi. 
32. Qeyri-rəsmi və rəsmi e-maillərin yazılması. Mətnlər üzərində iş.
33. Vasitəsiz və vasitəli nitq. Vasitəli nitqdə işlənən feillər və bağlayıcılar. Vasitəli nitqdə söz sırası.
34. Praktik tapşırıqlar.
35. Ehtimal bildirərkən “might, cannot, must” modal feillərinin işlənməsi. Praktik tapşırıqlar.
36. “Pul” mövzusunda söhbət. Mətnlər üzərində iş.
37. İnkarlıq yaradan prefikslər. Praktik tapşırıqlar.
38. “ABŞ-da və Birləşmiş Krallıqda təhsil sistemi” mövzusunda söhbət.
39. Keçilmiş mövzu və qaydaların təkrarı.
40. Test