Müraciət qeydə alındı
Müraciətiniz uğurla göndərildi.
Kimlər üçündür?
- Enerjinin qəfil buraxılmasının xəsarət və ya zədələnməyə səbəb ola biləcəyi qurğular, proseslər, maşınlar və ya avadanlıqlarda təhlükəli enerjinin təcrid olunması, iş yerinin təhlükəsiz vəziyyətə gətirilməsinə cavabdeh olan və əlaqədar sənədlərin hazırlanmasına cəlb olunmuş elektrik-mexaniki heyət.
Niyə bu təlim?
Təlimin məqsədi kurs iştirakçılarını enerji sistemlərinin təcrid edilməsi üzrə zəruri bilik, bacarıq və məlumatlarla təmin etməklə, zərurət yarandığı halda enerji mənbələrinin düzgün üsullarla izolyasiya olunmasını təmin etmək, təcrid etmə əməliyyatlarının təhlükəsiz və effektiv icrasına nail olmaq, bu proseslər zamanı baş verə biləcək yanlış müdaxilələrin qarşısını almaq, həmçinin gərginlik, cərəyan, elektrik qövsü, qısaqapanma, təzyiq, temperatur və digər təhlükə mənbələrindən irəli gələn riskləri minimuma endirməkdən ibarətdir. Eyni zamanda, bu təlim SOCAR-ın əsas korporativ dəyərlərindən biri olan “Təhlükəsizlik” prinsipinin nəzəri və praktiki əsaslarının möhkəmləndirilməsinə xidmət edir.
Sertifikatlaşdırma
Xəzər Təlim və Sertifikatlaşdırma Mərkəzi
Təlim necə keçirilir?
Təşkilata faydalası
Bu təlimin təşkili nəticəsində müəssisədə enerji sistemlərinin təcrid edilməsi üzrə vahid və təhlükəsiz iş prinsiplərinin formalaşdırılması təmin olunur, istehsalat proseslərində baş verə biləcək qəza və hadisələrin qarşısı alınır, əməyin mühafizəsi və sənaye təhlükəsizliyi səviyyəsi yüksəldilir, avadanlıqların zədələnməsi və dayanma halları minimuma endirilir, iş proseslərinin davamlılığı və etibarlılığı artırılır, həmçinin SOCAR-ın korporativ təhlükəsizlik mədəniyyətinin gücləndirilməsinə və beynəlxalq standartlara uyğun fəaliyyətin təmin olunmasına töhfə verilir.
İştirakçı üçün yaratdığı dəyər
Bu təlim iştirakçılara enerji sistemlərinin təcrid edilməsi sahəsində zəruri nəzəri bilik və praktiki bacarıqlar qazandırır, onların təcrid etmə əməliyyatlarını düzgün və təhlükəsiz şəkildə icra etmə qabiliyyətini artırır, potensial riskləri vaxtında müəyyən edib qarşısını almaq vərdişlərini formalaşdırır, fövqəladə hallarda düzgün qərarvermə bacarıqlarını inkişaf etdirir və ümumilikdə əməyin mühafizəsi və təhlükəsizlik mədəniyyətinə uyğun davranışlarını gücləndirərək peşəkar fəaliyyətlərinin daha etibarlı və səmərəli həyata keçirilməsinə xidmət edir.
Təlim Proqramı (Günlər Üzrə)
1. İşin İcrasına İcazə sistemi üzrə rollar, vəzifə və öhdəliklər
2. Yerli və beynəlxalq qanunvericiliyin tələbləri, SOCAR-ın Bizi Qoruyan Qaydaları №8 / Enerji nədir? / Təhlükəli enerji mənbələri hansılardır (növləri)?
3. Təcridetmə standartları / Təcridetmənin növləri / Enerjinin təcridi ilə bağlı hadisələrin müzakirəsi və Öyrənilmiş Dərslər
4. Qıfıllama və yarlıqasma (LOTO - Lock Out Tag Out) nədir? / Qıfıllama avadanlıqlarının növləri / Yarlıqasma üçün tələblər
5. Təcrid təsdiq sertifikatı (TTS) / Təcridetmə metodları
6. Təcridetmənin həyata keçirilməsi və ona nəzarət / Təcridetmə zamanı bütövlüyün yoxlanılması
Dinləyicilərin iştirakı ilə praktiki tapşırıqlar:
7. Enerji sistemlərinin təcrid edilməsi (texnoloji proses və elektrik) prosesinin nümayişi / Təcrid təsdiq sertifikatının doldurulması