Müraciət qeydə alındı
Müraciətiniz uğurla göndərildi.
Kimlər üçündür?
- Müxtəlif peşə sahələrində çalışan işçi heyət
Niyə bu təlim?
Təlimin məqsədi müxtəlif istehsalat sahələrində çalışan əməkdaşların “Elektrik təhlükəsizliyi” üzrə maariflənmələrini təmin etmək, onların bu sahədə bilik və bacarıqlarını artırmaqla iş prosesində baş verə biləcək qəzaların minimuma endirilməsinə nail olmaqdan ibarətdir. Eyni zamanda, təlim vasitəsilə SOCAR qrupunun ən mühüm korporativ dəyərlərindən biri olan “Təhlükəsizlik” prinsipinin nəzəri əsaslarının möhkəmləndirilməsi və təhlükəsiz iş mühitinin formalaşdırılması hədəflənir.
Bununla yanaşı, iştirakçılara elektrik qurğuları ilə təhlükəsiz davranış qaydaları, risklərin düzgün qiymətləndirilməsi və fövqəladə hallarda operativ qərarvermə bacarıqlarının aşılanması da məqsədlər sırasına daxildir. Bu biliklər əməkdaşların gündəlik fəaliyyətində təhlükəsizlik mədəniyyətinin inkişafına və məsuliyyətli yanaşmanın formalaşmasına xidmət edir.
Sertifikatlaşdırma
Xəzər Təlim və Sertifikatlaşdırma Mərkəzi
Təlim necə keçirilir?
Təşkilata faydalası
Bu maarifləndirmə kursunun həyata keçirilməsi nəticəsində təşkilatda elektrik təhlükəsizliyi üzrə bilik səviyyəsi yüksəlir, iş prosesində baş verə biləcək elektrik mənşəli qəzaların və bədbəxt hadisələrin qarşısı alınır, risklər minimuma endirilir. Əməkdaşların təhlükəsizlik qaydalarına düzgün əməl etməsi istehsalat proseslərinin fasiləsiz və səmərəli təşkilinə, avadanlıqların qorunmasına və nasazlıqların azalmasına şərait yaradır. Bununla yanaşı, əməyin mühafizəsi sahəsində tələblərə riayət olunması hüquqi və maliyyə risklərinin azalmasına, təhlükəsiz iş mühitinin formalaşmasına və təşkilatda ümumi təhlükəsizlik mədəniyyətinin güclənməsinə xidmət edir.
İştirakçı üçün yaratdığı dəyər
Bu maarifləndirmə kursu iştirakçılara elektrik təhlükəsizliyi sahəsində zəruri nəzəri və praktik biliklər qazandırır, onların elektrik qurğuları ilə təhlükəsiz işləmə bacarıqlarını inkişaf etdirir. İştirakçılar riskləri düzgün qiymətləndirməyi, təhlükəli halları vaxtında aşkar etməyi və fövqəladə vəziyyətlərdə düzgün qərar verməyi öyrənirlər. Bu biliklər onların gündəlik iş fəaliyyətində daha məsuliyyətli və təhlükəsiz davranmasına, şəxsi təhlükəsizliyini qorumasına və peşəkar bacarıqlarını artırmasına şərait yaradır.
Təlim Proqramı (Günlər Üzrə)
1. Elektrik təhlükəsizliyi haqqında ümumi məlumat
2. Elektrik cərəyanından zədələnmənin əsas növləri;
- elektrik travmaları
- elektrik zərbələri
- elektrik şoku
3. Elektrik cərəyanından zədələnmənin əsas səbəbləri / İnsan bədəninin elektrik müqaviməti
4. Elektrik qurğularının texniki istismar və təhlükəsizlik texnikası qaydaları
5. Müxtəlif şəraitlərdə gərginlik altına düşmüş şəxslərə yaxınlaşma üsulları və addım gərginliyi anlayışı
6. Elektrik təhlükəsizliyi baxımından ərazilərin kvalifikasiyası / Torpaqlamanın növləri və iş prinsipi / Mühafizə sıfırlaması
7. Baş vermiş bədbəxt hadisələrin müzakirəsi və öyrənilmiş dərslər
8. Mühafizə vasitələri və cihazları / Təhlükəsizlik plakatları
9. Texniki və təşkilati tədbirlər / Fərdi mühafizə vasitələri
10. Yanğın təhlükəsizliyi qaydaları
11. Elektrik zədələnməsi zamanı ilk tibbi yardım
12. Biliklərin qiymətləndirilməsi