Menyu

“Vışkaquraşdıran” peşəsi üzrə

Kateqoriya: Neft-qaz və neft-kimya texnologiyaları Müddət: 17 gün Format: Əyani Təlim dili: Azərbaycan

Kimlər üçündür?

  • “Vışkaquraşdıran” peşəsində çalışan işçi heyət

Niyə bu təlim?

Kursun məqsədi SOCAR-ın müxtəlif istehsalat sahələrində çalışan işçilərə quyuların qazılması üsulları, qazma qurğuları və onların növləri, neft və qazın quyu vasitəsilə çıxarılma texnologiyası, vışka və dorların konstruktiv quruluşu və texniki xarakteristikaları, vışkaların, qazma və güc avadanlıqlarının, eləcə də vışkayanı tikililərin quraşdırılması, sökülməsi, nəqli və mərkəzləşdirilməsi prosesləri barədə nəzəri bilik və praktiki bacarıqlar aşılamaq, eyni zamanda tikinti və montaj sahəsində istifadə olunan iskələ və metal konstruksiyaların təhlükəsiz və düzgün quraşdırılması, texniki baxışı və istismarı üzrə əmək təhlükəsizliyi tələblərinə uyğun peşəkar vərdişlərin formalaşdırılmasını təmin etməklə vışkaquraşdırma işlərinin təhlükəsiz və effektiv icrasına nail olmaqdır.

Sertifikatlaşdırma

Xəzər Təlim və Sertifikatlaşdırma Mərkəzi

Təlim necə keçirilir?

Nəzəri hissə
Praktiki tapşırıqlar

Təşkilata faydalası

Bu kursun təşkilata faydası ondan ibarətdir ki, vışkaquraşdırma işlərinin təhlükəsiz və standartlara uyğun şəkildə icrası təmin olunur, qəza və nasazlıq riskləri minimuma endirilir, avadanlıqların düzgün quraşdırılması və istismarı nəticəsində əməliyyatların səmərəliliyi artırılır. Eyni zamanda, ixtisaslı kadrların hazırlanması iş prosesində fasilələrin azalmasına, istehsalatın davamlılığının təmin olunmasına, texniki itkilərin və əlavə xərclərin qarşısının alınmasına, eləcə də təşkilatın ümumi təhlükəsizlik mədəniyyətinin və nüfuzunun yüksəlməsinə müsbət təsir göstərir.

İştirakçı üçün yaratdığı dəyər

Bu kurs iştirakçılar üçün vışkaquraşdırma sahəsində müasir texnologiyalar, qazma qurğuları, avadanlıqların quraşdırılması və sökülməsi prosesləri üzrə dərin nəzəri bilik və praktiki bacarıqlar qazandırır, onların əmək bazarında rəqabət qabiliyyətini artırır. Eyni zamanda, təhlükəsizlik qaydalarına uyğun işləmə vərdişlərinin formalaşması sayəsində iştirakçılar riskləri düzgün qiymətləndirməyi, qəzaların qarşısını almağı və iş prosesini daha məsuliyyətli və effektiv şəkildə idarə etməyi öyrənirlər ki, bu da onların peşəkar inkişafına və karyera imkanlarının genişlənməsinə töhfə verir.

Təlim Proqramı (Günlər Üzrə)

1 XÜSUSİ TEXNOLOGİYA
1.1 Quyuların qazılması üsulları. Qazma qurğuları və onların növləri
1.2 Neftin və qazın quyu ilə çıxarılma texnologiyası
1.3 Vışka və dorlar, onların növləri və texniki xarakteristikası
1.4 Vışkaların, qazma və güc avadanlıqlarının, vışkayanı tikililərin quraşdırılması
1.5 Vışkaların bir yerdən başqa yerə nəql edilməsi və sürüşdürülərək çəkilməsi işləri
1.6 Vışkanın mərkəzləşdirilməsi işləri
1.7 Vışkanın, qazma və güc avadanlıqlarının sökülməsi
1.8 Vışka yerinə çəkildikdən sonra aparılan yoxlama işləri. Vışkaların sınanılması üsulları
2 ƏMƏYİN MÜHAFİZƏSİ VƏ TƏHLÜKƏSİZLİK TEXNİKASI
2.1 Əməyin mühafizəsi və təhlükəsizlik texnikası
2.2 Elektrik təhlükəsizliyi
2.3 İlk tibbi yardım, istehsalat sanitariyası və gigiyenası
2.4 Yanğından mühafizə
2.5 Dəniz təhlükəsizliyi
2.6 Ətraf mühitin mühafizəsi
3 İSTEHSALAT TƏCRÜBƏSİ
3.1 Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlimatlandırma
3.2 Vışkaların, qazma və güc avadanlıqlarının, vışkayanı tikililərin quraşdırılması və sökülməsi işləri ilə tanışlıq
3.3 Vışkaların bir yerdən başqa yerə nəql edilməsi və sürüşdürülərək çəkilməsi işləri ilə tanışlıq
3.4 Vışkanın mərkəzləşdirilməsi işləri ilə tanışlıq
3.5 Vışkaquraşdıranın öz vəzifələrini sərbəst yerinə yetirməsi