Menyu

“Podratçıların əmək təhlükəsizliyi üzrə idarə olunması”

Kateqoriya: SƏTƏM Müddət: 1 gün Format: Əyani Təlim dili: Azərbaycan

Kimlər üçündür?

  • Kurs podratçı və subpodratçı təşkilatlarla əməkdaşlıq edən mütəxəssislər, rəhbərlər və SƏTƏM nümayəndələri üçün nəzərdə tutulmuşdur. 

Niyə bu təlim?

Təlimin məqsədi kurs iştirakçılarına podratçı və subpodratçı təşkilatların əməyin mühafizəsi, işçilərin təhlükəsizliyi və ətraf mühitin qorunması sahəsində fəaliyyətlərinin Azərbaycan Respublikasının qanunvericiliyinə və beynəlxalq SƏTƏM standartlarına uyğun şəkildə təşkil və idarə olunması üzrə zəruri bilik və bacarıqlar qazandırmaq, bu sahədə effektiv idarəetmə yanaşmalarını formalaşdırmaq, podratçı fəaliyyətinə nəzarətin gücləndirilməsinə nail olmaq, eyni zamanda SOCAR-ın əsas korporativ dəyərlərindən biri olan “Təhlükəsizlik” prinsipinin nəzəri və praktiki əsaslarının möhkəmləndirilməsinə xidmət etməkdən ibarətdir.

Sertifikatlaşdırma

Xəzər Təlim və Sertifikatlaşdırma Mərkəzi

Təlim necə keçirilir?

Nəzəri hissə
Praktiki tapşırıqlar

Təşkilata faydalası

Bu təlimin təşkili nəticəsində podratçı və subpodratçı təşkilatların fəaliyyətinə nəzarət gücləndirilir, əməyin mühafizəsi, sağlamlıq və ətraf mühit üzrə tələblərin icra səviyyəsi yüksəldilir, iş yerlərində baş verə biləcək qəza və insidentlərin qarşısı alınır, risklərin effektiv idarə olunması təmin edilir və istehsalat proseslərinin təhlükəsiz, fasiləsiz və səmərəli həyata keçirilməsinə şərait yaradılır. Eyni zamanda, təşkilatın korporativ təhlükəsizlik mədəniyyəti inkişaf edir, hüquqi və reputasiya riskləri azalır və beynəlxalq SƏTƏM standartlarına uyğunluq gücləndirilir.

İştirakçı üçün yaratdığı dəyər

Bu təlim iştirakçılara podratçı və subpodratçı təşkilatların əməyin mühafizəsi, sağlamlıq və ətraf mühit üzrə fəaliyyətlərinin effektiv idarə olunması sahəsində zəruri bilik və bacarıqlar qazandırır, onların riskləri düzgün qiymətləndirmək, nəzarət mexanizmlərini tətbiq etmək və təhlükəsizlik tələblərinə uyğun qərarlar vermək qabiliyyətini inkişaf etdirir. Eyni zamanda, iştirakçılar podratçı fəaliyyətinə nəzarət, audit və monitorinq proseslərini düzgün təşkil etməyi öyrənir, qanunvericilik və beynəlxalq SƏTƏM standartlarına uyğun işləmə vərdişləri formalaşdırır.

Təlim Proqramı (Günlər Üzrə)

1. Məqsəd/ Əhatə dairəsi/ Məsuliyyətlər
2. Hüquqi və Korporativ tələblər
3. SƏTƏM əlaqələndirmə və koordinasiya (körpü sənədlər)
4. Təlimlər və İşə İcazə Sistemləri
5. Risklərin idarə olunması və nəzarət tədbirləri
6. Fövqəladə hallara hazırlıq və reaksiya
7. Hadisələrin bildirilməsi və insident araşdırılması
8. Performans ölçülməsi/ Audit və Yoxlamalar