Menyu

“Qapalı sahəyə giriş”

Kateqoriya: SƏTƏM Müddət: 2 gün Format: Əyani Təlim dili: Azərbaycan

Kimlər üçündür?

  • Kurs istehsalat sahələrində qapalı sahələrdə aparılan işlərdə çalışan işçilər üçün nəzərdə tutulmuşdur. 

Niyə bu təlim?

Təlimin məqsədi SOCAR-ın müxtəlif istehsalat sahələrində qapalı sahələrdə aparılan işlərdə çalışan işçilərə mövcud risk və təhlükələrin düzgün müəyyən edilməsi, qiymətləndirilməsi və minimuma endirilməsi yollarını öyrətmək, onların bu sahədə nəzəri və praktiki biliklərini artırmaq, təhlükəsizlik qaydalarına ciddi riayət etmə vərdişlərini formalaşdırmaq, eləcə də qapalı sahə əməliyyatlarının mövcud standart və prosedurların tələblərinə uyğun şəkildə icrasını təmin etməklə SOCAR-ın əsas korporativ dəyərlərindən olan TƏHLÜKƏSİZLİK prinsipinin möhkəmləndirilməsinə nail olmaqdır.

Sertifikatlaşdırma

Xəzər Təlim və Sertifikatlaşdırma Mərkəzi

Təlim necə keçirilir?

Nəzəri hissə
Praktiki tapşırıqlar

Təşkilata faydalası

Bu təlimin həyata keçirilməsi nəticəsində qapalı sahələrdə aparılan işlər zamanı baş verə biləcək qəza, xəsarət və fövqəladə halların qarşısının alınması təmin olunur, istehsalat proseslərində təhlükəsizlik səviyyəsi yüksəldilir və əməyin mühafizəsi üzrə qanunvericilik və beynəlxalq standartların tələblərinə uyğunluq gücləndirilir. Eyni zamanda, risklərin effektiv idarə olunması sayəsində maddi itkilər və iş dayanma halları azalır, işçi heyətin məsuliyyət və təhlükəsizlik mədəniyyəti artır, nəticə etibarilə təşkilatın ümumi əməliyyat dayanıqlığı və səmərəliliyi yüksəlir.

İştirakçı üçün yaratdığı dəyər

Bu təlim iştirakçılara qapalı sahələrdə mövcud olan təhlükə və riskləri düzgün tanımaq, qiymətləndirmək və onlardan qorunmaq bacarıqları qazandırır, fərdi və kollektiv təhlükəsizlik qaydalarına riayət etmə vərdişlərini formalaşdırır. Eyni zamanda, fövqəladə hallarda düzgün və operativ qərarvermə, təhlükəsiz iş üsullarından istifadə və müvafiq prosedurlara uyğun hərəkət etmə qabiliyyətlərini inkişaf etdirir. Nəticə etibarilə iştirakçıların peşəkar bilik və bacarıqları artır, özünün və həmkarlarının həyat və sağlamlığının qorunmasına yönəlik məsuliyyət hissi güclənir.

Təlim Proqramı (Günlər Üzrə)

1. Qapalı sahə anlayışları və tətbiq sahələri
2. Qapalı sahə üzrə spesifik təhlükə və risklər 
3. Qapalı sahələrdə baş vermiş hadisələrdən nümunələrin müzakirəsi  və Öyrənilmiş Dərslər
4. Qapalı sahədə İşin İcrasına İcazə proseduru 
5.  Qapalı sahədə işə icazə verən şəxsin (sahə rəisi və s.) vəzifələri 
6. Qapalı sahədə işə icazə alan şəxsin (iş icraçısı və s.) vəzifələri 
7. Qapalı sahə Gözətçisinin vəzifələri
8. Qapalı sahəyə daxil olan şəxslərin vəzifələri
9. Qapalı sahə üzrə risklərə qarşı nəzarət tədbirləri – işdən öncə yoxlamalar, təhlükəsiz giriş-çıxış, qaz test və havalandırma, kənar şəxslərin girişinin qarşısının alınması
10. Təhlükəsizlik avadanlıqları və mühafizə vasitələri
11. Fövqəladə hallar və xilasetmə planları
12. Praktiki çalışma (Risk qiymətləndirmə aparmaq) 
13. İmtahan