Menyu

“Ekoloji aspektlərin qiymətləndirilməsi və idarə olunması”

Kateqoriya: SƏTƏM Müddət: 2 gün Format: Əyani Təlim dili: Azərbaycan

Kimlər üçündür?

  • Sahə rəhbərləri
  • Mühəndislər
  • Texniki işçilər

Niyə bu təlim?

Təlimin məqsədi SOCAR-ın müxtəlif istehsalat sahələrində fəaliyyət göstərən işçilərə müəssisə fəaliyyəti nəticəsində yaranan ekoloji aspektlərin (hava, su, torpaq, tullantılar, sızmalar, səs-küy, enerji istehlakı və s.) düzgün müəyyənləşdirilməsi, təhlili və ətraf mühitə potensial təsirlərinin qiymətləndirilməsi üzrə zəruri bilik və bacarıqların aşılanmasıdır.

Eyni zamanda, ətraf mühitə mənfi təsirlərin effektiv idarə olunması, tənzimlənməsi və azaldılması, uyğun yumşaltma tədbirlərinin tətbiqi, eləcə də təbii ehtiyatlardan səmərəli və optimal istifadə üsullarının öyrədilməsi vasitəsilə iştirakçıların bu sahədə peşəkar hazırlığının artırılması təmin edilir.

Sertifikatlaşdırma

Xəzər Təlim və Sertifikatlaşdırma Mərkəzi

Təlim necə keçirilir?

Nəzəri hissə
Praktiki tapşırıqlar

Təşkilata faydalası

Bu təlimin təşkilata əsas faydası müəssisədə ekoloji idarəetmə sisteminin təkmilləşdirilməsi, ətraf mühitə mənfi təsirlərin minimuma endirilməsi və fəaliyyətlərin beynəlxalq ekoloji standartların tələblərinə uyğun təşkil edilməsidir. Təlim nəticəsində işçilərin ekoloji aspektlərin düzgün müəyyənləşdirilməsi və idarə olunması üzrə bilik və bacarıqları artırılaraq istehsalat proseslərində ekoloji risklərin vaxtında aşkar edilməsi və qarşısının alınması təmin olunur.

İştirakçı üçün yaratdığı dəyər

Bu təlim iştirakçılara istehsalat fəaliyyəti zamanı yaranan ekoloji aspektləri düzgün müəyyənləşdirmək, onların ətraf mühitə potensial təsirlərini qiymətləndirmək və bu təsirləri effektiv şəkildə idarə etmək üzrə praktiki bilik və bacarıqlar qazandırır. Təlim nəticəsində iştirakçılar ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq tələblər və qabaqcıl təcrübələr haqqında məlumat əldə edir, ekoloji risklərin azaldılması və qarşısının alınması istiqamətində düzgün qərarvermə bacarıqlarını inkişaf etdirirlər.

Eyni zamanda, iştirakçılar təbii ehtiyatlardan səmərəli istifadə, tullantıların idarə olunması və enerji effektivliyinin artırılması üzrə yanaşmaları mənimsəyərək öz peşə fəaliyyətlərində ekoloji məsuliyyətli davranış formalaşdırır və müəssisənin ümumi ekoloji performansının yüksəldilməsinə töhfə verirlər

Təlim Proqramı (Günlər Üzrə)

1. Ekoloji aspekt və təsir anlayışı. Ekoloji aspektlərin əhəmiyyəti və idarəetmə sistemi daxilində rolu. ISO 14001:2015 üzrə ekoloji aspektlərə dair tələblərin qısa icmalı. 
2. Ekoloji aspektlərin müəyyənləşdirilməsi və onlara bağlı təsirlərin qiymətləndirilməsi. Ekoloji aspektlərin təsnifatı. Birbaşa və dolayısı ilə təsir göstərən ekoloji aspektlər 
3. Ekoloji aspektlərin və onların təsirlərinin qiymətləndirmə üsulları. Ekoloji aspektlərin idarə olunması, ətraf mühitə təsirlərin tənzimlənməsi, yumşaltma və nəzarət tədbirləri, əməliyyat prosedurları. Təbii ehtiyatlardan istifadənin optimallaşdırılması.
4. SOCAR-ın “Ekoloji aspektlər, onların təsirlərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi proseduru”, ekoloji aspektlər üzrə risklərin qiymətləndirilməsi cədvəli. Ekoloji aspekt və təsirlərin müəyyənləşdirilməsi və idarə olunması prosesinin effektivliyinin yoxlanılması. Ekoloji aspektlərə yenidən baxılmasının zəruri olduğu hallar
5. Ekoloji aspektlərin və təsirlərin qiymətləndirilməsi və idarə edilməsi üzrə praktiki simulyasiya məşğələsinin keçirilməsi (1–2 konkret əməliyyat və ya proses əsasında).